19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Dünya Kubokunun açılış mərasimi keçirildi

Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə qonaqlara Azərbaycanda şahmatın inkişafı və dünya kuboku yarışlarının reqlamenti haqda məlumat verilib. Daha sonra turnir haqqında videoçarx nümayiş olunub.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, mötəbər yarışın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu yaxınlarda Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib və “Bakı-2015”də 50 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları da ölkəmizi layiqli şəkildə təmsil ediblər. İndi də hər kəs şahmat üzrə dünya kuboku yarışlarının yüksək səviyyədə keçməsi üçün əlindən gələni edir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda bir sıra beynəlxalq şahmat turnirləri keçirilib. Zəka idman oyununa dövlət tərəfindən diqqət və qayğı göstərilir. İ.Babayev bu turnirdə Azərbaycan şahmatçılarının uğurlu çıxışına ümid etdiyini deyərək, hər bir idmançıya müvəffəqiyyətlər arzulayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb. K.İlyumjinov turnir iştirakçılarına uğurlar arzulayıb və Dünya Kuboku yarışlarını açıq elan edib.

Püşkatma mərasimində turnirin reytinq favoriti Bolqarıstan təmsilçisi Veselin Topalov iştirak edə bilməyib. Vaxtında Bakıya çata bilməyən Topalovun əvəzinə püşkatmada FİDE prezidenti Kirsan İlyumjinov iştirak edib. FİDE rəhbəri ilk olaraq ağ, sonra isə qara fiquru çıxarıb.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq. Mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edir.

QEYD: foto və məlumat Dünya Kuboku mətbuat xidmətinə məxsusdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30