28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Güləşçilərimiz olimpiadaya daha 3 lisenziya qazandılar

Las Veqasda güləş üzrə Dünya çempionatı davam edir. Futbolxeber.az-ın məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

85 kq-da yarışan təmsilçimiz Saman Təhmasimi ardıcıl 3 qələbə qazanmaqla həm yarımfinala yüksəlib, həm də olimpiadaya lisenziyanı təmin edib. Finala gedən yolda ukraynalı Jan Belenyuka uduzan güləşçimiz, sonuncu oyununda macar rəqibinə qalib gəlməklə bürünc medala sahib çıxıb.

48 kq-da yarışan Mariya Stadnik finala kimi irəliləyib. Həlledici görüşdə yaponiyalı Eri Tosakaya uduzan xanım güləşçimiz, dünya çempionatının gümüş medalını və olimpiadaya lisenziyanı qazanıb.

53 kq-da yarışan Anjela Doroqan da minimum vəzifənin öhdəsindən gələrək, Rio-2016-ya vəsiqə əldə edib. Lakin Doroqan medal qazana bilməyib və beşinci olub.

Stadnik və Doroqandan fərqli olaraq Elis Manolova elə ilk görüşündə uduzmaqla, mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31