17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

4 boksçumuz 1/4 finala vəsiqə qazandı

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Futbolxeber.az-ın boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb.

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib - 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.

Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub - 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də 1/4 finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb - 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.

Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Boksçumuz 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb - 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.

Bu gün dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov də təmsil edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30