29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Dünya Kubokunun partiyaları canlı yayımlanacaq

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün partiyaları turnirin rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Futbolxeber.az-ın məlumatına görə, oyunlar Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq. Azərbaycan dilində partiyaları, əməkdar məşqçilər Anar Allahverdiyevlə Fikrət Sideyifzadə eləcə də yeniyetmələr üzrə millinin çalışdırıcısı Fərid Abbasov təqdim edəcək.  

Rus və ingilis dilində isə məşhur şahmat eksperti, qrossmeyster Sergey Şipov, ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko, qrossmeyster Emil Sutovski, ukraynalı qrossmeyster, FİDE şərhçisi Yevgeniy Miroşniçenko, holland Dir Yan Van və Azərbaycan millisinin üzvü, Avropa çempionu Arkadi Naydiç şərh edəcək.

Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 ABŞ dollarıdır.

Dünya Kubokunun təntənəli açılış mərasimi sentyabrın 10-da saat 19-30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də oynanılacaq.

Dünya Kuboku-2015-in mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31