25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Bakıda keçiriləcək Dünya Kubokunda 6 erməni şahmatçı çıxış edəcək

Bakıda sentyabrın 10-da start götürəcək şahmat üzrə Dünya Kubokunda Ermənistanın 4 təmsilçisi mübarizə aparacaq. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov açıqlama verib.

O bildirib ki, Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya Kubokuna qatılacaqlar. Sevyanla Akobyanın yanında psixoloq qismində 2 şəxs də Bakıya gələcək.

M.Məmmədovun sözlərinə görə, erməni şahmatçıların iştirakı ümumi qaydada olacaq: "Onların təhlükəsizliklərini təmin etmişik. Bütün iştirakçılar və yarışın özü "Fairmont Hotel"də olacaq. Onlar elə bu hoteldə qalacaqlar. Düzdür, hamı ilə birgə olmaları bizim mühafizəçiləri bir qədər narahat edəcək. Ona görə də erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur".

Əməliyyat Komitəsinin direktoru bildirib ki, Ermənistan şahmatçıları ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur: "Onlarla bizim şahmatçıların görüşləri ətrafında yalnız ilk illərdə ajiotaj olub. Sonradan o qədər yarışda birgə iştirak olub ki, onlarla görüşlər adi xarakter alıb. Ümumi götürdükdə, üstünlük bizim tərəfdədir. Amma buna adi bir hal kimi yanaşırıq. Ajiotaja yol verməməliyik".

AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov da Ermənistan şahmatçılarının oyunlarını çox qabartmamağı xahiş edib. Onun fikrincə, əks halda, bu, Azərbaycan şahmatçılarının çıxışlarına təsir edə bilər.

Qeyd edək ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Bakı Muğam Mərkəzində olacaq. 128 şahmatçı olimpiya sistemi ilə yarışaraq, oktyabrın 5-də qalibi müəyyənləşdirəcəklər. Finalçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30