28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Kasparov Azərbaycana gəlmək istəyir

“Dünya Kubokunda iştirak üçün Harri Kasparova dəvətnamə göndərilməyib və özünün də iştirak edəcəyi barədə məlumat yoxdur”. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, əslən bakılı dünya çempionunun gələn il Azərbaycan paytaxtında təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasına qonaq qismində qatılmaq istəyi var: "2013-cü ildə Türkiyənin İstanbul şəhərindəki olimpiada vaxtı qəbul keçirmişdik. Kasparov qəbula gəlmək istəyirdi və gəldi. Hətta milli yeməklərimizdən də daddı".

M.Məmmədovun sözlərinə görə, Dünya Kubokuna bir sıra tanınmış şahmatçılar qatılacaqlar. Onların arasında qadınlar arasında sabiq dünya çempionu, gürcüstanlı Nona Qaprindaşvili də olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31