20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Dünya Kuboku tarixində ən güclü mübarizə Bakıda olacaq”

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Qədir Hüseynov mötəbər yarışla bağlı fikirlərini bildirib. Futbolxeber.az-ın məlumatına görə, şahmatçı Dünya Kuboku tarixində ən güclü iştirakçıların məhz Bakıdakı yarışda mübarizə aparacağını söyləyib: “Dünya Kubokunun yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycanda yüksək təşkilatçılıq ənənələri mövcuddur. Bütün şahmatçıları ciddi sınaq gözləyir. İştirakçılar baxımından ən güclü heyət məhz paytaxtımızdakı yarışa təsadüf edəcək. Hazırkı dünya çempionu Maqnus Karlsen və iddiaçılar turnirinə vəsiqəni təmin edən sabiq çempion hindistanlı Vişvanatan Anand Bakıya gəlməyəcək. Digər güclü şahmatçılar mötəbər yarışda iştirakını təsdiqləyib. Fabiano Karuana və Hikaru Nakamura iddiaçılar turnirinə vəsiqə qazanıb. Amma bununla belə Bakıdakı Dünya Kubokunda mübarizə aparacaqlar. Eyni zamanda Vladimir Kramnik, Veselin Topalovu unutmaq olmaz. Çox çətin olacaq, amma hər birimiz maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacayıq”.

Qədir Hüseynov turnirlə bağlı proqnoz vermək istəmədəyini bildirdi. Öz çıxışına gəlincə şahmatçımız hazırda yalnız ilk mərhələ haqda düşündüyünü söylədi: “Mən tələsmək istəməzdim. Hazırda ilk rəqib haqda düşünürəm. Onunla oyuna hazırlaşıram. Dünya Kubokunda hər növbəti rəqib haqda fikirləşməliyəm. Qarşıda necə olacağını demək çətindir. İndiki halda məni yalnız ilk mərhələdəki rəqib maraqlandırır. Dünya Kuboku Bakıda keçirildiyindən şahmatçılarımızdan birinin sona qədər yarışda qalmasını istərdim. Finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Həmin vəsiqələrdən birinin bizim şahmatçıya qismət olmasını arzulayıram”.

Qeyd edək ki, Dünya Kubokunda iştirak edəcək Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli milli komandanın kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında Qəbələdə təlim-məşq toplanışında iştirak edir.

Dünya Kuboku -2015-in mətbuat xidməti

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30