26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Həvəskarların ən güclüsü müəyyənləşdi

"United Sport" mağazasının təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Veloparkda həvəskar velosipedçilər arasında "United Sport Veloturnir"i keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda iştirak edən həvəskarlar dairəvi marşrut üzrə ümumilikdə 26 km məsafə qət ediblər.

Startdan etibarən üstünlüyü ələ alan Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla turnirin qalibi olub və "United Sport" mağazası tərəfindən birinci yer üçün nəzərdə tutulan qiymətli velosipedlə mükafatlandırılıb. 2-3-cü yerləri tutan Vüsal Əliyev və Teymur Niruyevə isə hədiyyə kuponları təqdim edilib. Bundan başqa, mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və xatirə hədiyyələri ilə təltif edilib.

Qeyd edək ki, turnirin qalibi Yunus Vəzirov və 3-cü yeri tutan Teymur Nuriyev həvəskarlardan ibarət "CycleMania", 2-ci nəticə göstərən Vüsal Əliyev isə "SharkHead" klubunun üzvüdür. Bu cür yarışları dəstəkləyən Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da ölkədə velosiped idmanının inkişafı və populyarlıq qazanması üçün təşkilati məsələlərdə həvəskar klublara hər cür yardım etməyə hazır olduğunu bir daha nümayiş etdirir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30