20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Boks millimiz dünya çempionatına yollandı

Rusiyanın Sankt Peterburq şəhərində sentyabrın 4-də boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start veriləcək. Futbolxeber.az-ın boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, səkkiz gün davam edəcək yarışda 400-dən çox idmançı mübarizə aparacaq. Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər  Elbrus Rzayev,  Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında artıq Rusiyanın şimal paytaxtına yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyovla Məhəmməd Abdullayev də yer alır. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov, bürünc medalçılar Orxan Həsənov və Şaiq Məlikov da əsas medal ümidlərimiz olacaqlar.

46 kq: Kənan Əliyev

48 kq: Cavid Hüseynov

50 kq: Seyidrza Sadıqov

52 kq: Hüseyn Sadıqov

54 kq: Orxan Həsənov 

57 kq:   Elton Məmmədov

60 kq: Bəxtiyar Qazıbəyov

63 kq: Sayad Lalayev

66 kq: Rəcəb Niftəliyev

70 kq: Şaiq Məlikov

75 kq: Elbrus Əkbərov

+80 kq: Məhəmməd Abdullayev

Dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov də təmsil edəcək




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30