25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Cüdoçularımız fiaskoya uğradılar

Bu gün Tümendə cüdo üzrə “World Masters” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı tatamiyə çıxıb. 1/8 finaldan mübarizəya başlayan cüdoçularımızın hamısı birinci görüşündəcə məğlub olublar. Onlardan 3-ü isə ipponla uduzub. 

60 kq
İlqar Müşkiyev ilk görüşünü Felipe Kitadaya (Braziliya) qarşı keçirib. Təəssüf ki, təmsilçimizin debütü uğurlu alınmayıb. O, 119-cu saniyədə ipponla məğlub olub. 

66 kq 
Bu çəki dərəcəsində ölkəmiz 2 idmançı ilə təmsil olunub. Həmyerlilərimizdən ilk olaraq, tatamiyə çıxan Tərlan Kərimov Müşkiyev kimi məğlubiyyətə üzülüb. O, monqolustanlı Tumurxuleq Davaadorjla bacarmayıb. 

Nicat Şıxəlizadə də komandamıza ilk qələbə sevincini yaşada bilməyib. Təmsilçimiz Müşkiyev və Kərimov kimi ipponla uduzub. O, Sergey Limlə (Qazaxıstan) dueldən məğlub ayrılıb. 

73 kq
Komandamızın perspektivli üzvü Rüstəm Orucovun da 1/8 final görüşünü çətin keçib. Cüdoçumuz startdaca güclü monqolustanlı Odbayar Qanbaatarla qarşılaşıb. Orucov ippona düşməsə də, 5 dəqiqənin tamamında rəqibi güclü olub. 

Beləliklə, yarışın ilk günü Azərbaycan millisi üçün fiasko ilə başa çatıb. 

Qeyd edək ki, ağır çəkili təmsilçilərimizdən Şahin Qəhrəmanov (90 kq) Şohey Şimovadayla (Yaponiya), Elmar Qasımov Daysuke Kobayaşi (Monqolustan), Elxan Məmmədov (hər ikisi 100 kq) Renan Nuneslə (Braziliya) üz-üzə gələcək. Onlar mübarizəyə sabah qoşulacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30