26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İlham Əliyev Yay Olimpiya Oyunları ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, sərəncam 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədi ilə imzalanıb.

Sərəncamla Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin, bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30