19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Ukraynada 2 dəfə 2-ci, Sloveniyada 3-cü

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edib. Futbolxeber.az-ın məlumatına görə, təmsilçilərimiz hər iki yarışda fəxri kürsüyə qalxmağı bacarıblar.

Heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən "Odessa Grand-Prix" yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb - o, hər 2 yarış günündə finişi qalibdən sonra keçməklə 2 dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.

Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyində iştirakı planlaşdırılan gənclər yığmamızın üzvü Samir Cəbrayılov isə məsul yarış öncəsi yoxlama yarışlarında qüvvəsini sınayır. O, "Kranj-2015" kriterium yarışında çıxış edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30