29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015” fantastik idman tədbiri idi”

Belqradda ilk Avropa Oyunlarının yekunlarına dair keçirilmiş mətbuat konfransında yarışlarda uğurla çıxış edən Serbiya komandasının nəticələri diqqət mərkəzində olub. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj ölkəsinin “Bakı-2015”də uğurla təmsil olunduğunu və nəticələri təqdirəlayiq hesab etdiyini bildirərək deyib: “Əminəm ki, “Bakı-2015”in fantastik bir idman tədbiri olduğu və dünya idman tarixində yeni bir səhifə açdığı fikri ilə hamı razılaşar. Çox şadam ki, serbiyalı idmançılar da bu yarışlarda iştirak edirdilər. Onların bu Oyunlardakı nəticələri barədə qürurla danışa bilərik. Bütün idmançılarımızı təbrik edirəm. Bu nailiyyətlərin davamının gələcəyinə heç şübhə etmirəm”.

Komitənin baş katibi Dorde Visaçki Avropa Oyunlarının digər qitələrin bu formatda keçirilən yarışları ilə müqayisədə daha möhtəşəm təşkil olunduğunu, böyük əks-səda doğurduğunu deyib: “Yarışlarda Serbiya komandası 15 medal qazanmaqla böyük uğura imza atdı. İdmançılarımızın vətənə medallarla qayıdacağına əmin idik. Əlli ölkə arasında 12-ci yerdə qərarlaşmaq böyük uğurdur. Bu yarışlardan topladıqları təcrübə ilə idmançılarımız digər beynəlxalq turnirlərə böyük həvəslə hazırlaşacaqlar. “Bakı-2015”i hər hansı idman üzrə keçirilən Avropa çempionatları ilə müqayisə etmək düzgün deyil. Çünki bu, çoxnövlü və yeni formatda bir idman tədbiridir və məsuliyyəti daha böyükdür. Əminəm ki, idmançılarımız ilk Avropa Oyunlarında uğur qazanmaqla özlərində böyük inam hiss etdilər”.

“Bakı-2015”də kişilər arasında 50 metr məsafədən tapança və 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışlarının qalibi Mikaç Damir Oyunlarla bağlı təəssüratlarını bu sözlərlə bölüşüb: “Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyi xəbərini eşidəndə çox sevindim. Yarışlarda əlimdən gələni əsirgəməməyə çalışdım və iki qızıl medal qazanmaqla hədəfimə nail oldum. “Bakı-2015” ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunlarda atıcılıq üzrə yarışlarda medal sayına görə ikinci yerdə qərarlaşdıq. Bu, böyük uğurdur. “Bakı-2015” “Rio-2016” Yay Olimpiya Oyunlarına gedən yolda mühüm bir sınaq idi”.

Oyunlarda iştirak edən Serbiya nümayəndə heyətinin başçısı Damir Ştayner deyib: “Yarışlar boyu komandamızda yüksək əhval-ruhiyyə var idi. Bu müsbət ab-havanı növbəti yarışlara da daşımaq yaxşı nəticələr verə bilər”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31