29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

“Birinci Avropa Oyunları zamanı Bakıda keçirdiyim günləri heç vaxt unutmayacam”

Birinci Avropa Oyunlarında həmvətənləri İneke van Şoor və Culiye van Gelder ilə üçlükdə Belçikanın ilk qızıl medalını qazanmış Kaat Dumarey “Azərtac”ın xüsusi müxbiri ilə söhbətində qitə yarışları barədə təəssüratlarını bölüşüb. Oyunların təşkilatçılıq səviyyəsinə heyran qaldığını bildirən idmançı deyib: “Hər şey çox yüksək səviyyədə idi. Könüllülərə xüsusi təşəkkür etmək istəyirəm. Onlar bizi soyunma-geyinmə otaqlarından, məşq meydanlarından yarışlara yola salır, qarşılayır, ümumiyyətlə bizi hər yerdə müşayiət edirdilər. Özümüzü etibarlı əhatədə çox rahat hiss edirdik. Könüllülər çox idi, onları hər yerdə görmək olardı. Hara baxsan, hər yerdə hər məsələdə köməyə tələsən könüllülərin gülümsəyən çöhrəsini görürdün. Eyni zamanda onların lap çox olduğunu da demək olmaz. Lazım olan qədər idilər! Mənimlə birlikdə bir həftə Azərbaycanda olan valideynlərim də eyni fikirdədir”.

Avtobus sürücülərini də tərifləyən idmançı deyib: “Onlar çox yaxşı işləyirdilər. Avtobuslarımızın hərəkət cədvəli çox rahat idi. Biz yarışlara həmişə vaxtında gələrdik”.

Atletlər Kəndini böyük və yaraşıqlı adlandıran K.Dumarey yaşadığı şəraitdən razı qaldığını bildirib, hətta paltaryuyan maşınların olduğunu və yeməkxananın fasiləsiz işlədiyini nümunə gətirib. Heyranlıq hissini gizlədə bilməyən çempion deyib: “Çox komfortlu yer idi. İstədiyimiz vaxt yemək yeyirdik. Bizim üçün rahat idi, çünki məşqlərimiz gec qurtarırdı. Yemək dadlı və çeşidli idi. Ümumiyyətlə Atletlər Kəndindəki ab-havaya həqiqətən söz ola bilməzdi. Özünüz də başa düşə bilərsiniz ki, bu qədər ölkədən olan, amma bir məkanda yaşayan biz idmançılar özümüzü necə yaxşı hiss edirdik. Bu ki, əladır”.

Kaat idman arenaları barədə fikrini bir sözlə ifadə edib: ”möhtəşəm”.

Meydan sahiblərindən söz açan belçikalı idmançı etiraf edib ki, ümumiyyətlə Azərbaycan idmanı onun üçün xoş tapıntı olub: “Atletləriniz çox gülərüz, komandalarınız isə mehribandır. Ümumi hesabda Rusiyadan sonra ikinci yeri tutmaq böyük uğurdur”.

Azərbaycan paytaxtına xüsusi yer ayıran belçikalı idmançı deyib: “Bakı gözəl şəhərdir. Burada gözəl binalar, ticarət mərkəzləri var. Metro da xoşumuza gəldi. Çox rahatdır, xüsusən şəhərə tamaşa etmək və bir rayondan başqasına getmək istəyəndə”.

Sonda Azərbaycan xalqına bütün istək və arzularının çin olmasını arzulayan idmançı deyib: “Avropa Oyunları zamanı Bakıda keçirdiyim günləri həmişə xoş xatirə kimi xatırlayacam. Bu Oyunlara görə Azərbaycana ürəkdən “Çox sağ ol” deyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31