19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

İtaliyalı karateçi: “Bakı-2015”lə Yay Olimpiya Oyunları arasında heç bir fərq görmədim”

“Bakı-2015” ilk Avropa Oyunlarında təmsil olunmuş italiyalı karateçilər uğurlu çıxışları ilə yadda qalıblar. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, təcrübəli və güclü karateçilərin iştirak etdikləri gərgin qarşılaşmaların medalçıları arasında 22 yaşlı italiyalı idmançı Mattia Busato da var idi. Komandasına gümüş medal qazandıran karateçi Bakıdakı möhtəşəm atmosferin onu heyran etdiyini bildirib: “Bakıda Avropa ölkələrindən, o cümlədən İtaliyadan bir sıra Olimpiya Oyunlarının çempionları mübarizə aparırdılar. Bu da yarışları daha da həyəcanlı və gərgin edirdi. “Bakı-2015” ilə Yay Olimpiya Oyunları arasında heç bir fərq görmədim. Tədbir bütün aspektlərdən Olimpiya Oyunlarını xatırladırdı: möhtəşəm idman obyektləri, müasir şəhər, Dubayı xatırladan meqapolis, neft və qaz ehtiyatları ilə zəngin bir ölkə”.

“Bakı-2015”də əldə etdiyi nəticədən razı qaldığını vurğulayan Mattia Busato deyib: “Yarışlar mənə böyük təcrübə qazandırdı. Qızıl medala çox yaxın idim, lakin finalda etdiyim səhvlər məğlubiyyətimə səbəb oldu. Bu Oyunlarda topladığım güc və təcrübə ilə növbəti beynəlxalq turnirlərə daha həvəslə hazırlaşacağam".

Xatırladaq ki, Mattia Busato 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının qalibidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30