19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Bakıda xüsusi parad

İyulun 12-də "Bakı-2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi ilə "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə baş tutacaq.

“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan millisinin idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı-2015” paradı baş tutacaq.  Parad saat 20.00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.

“Bakı-2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək. “Bakı-2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan millisinin idmançılarına həsr olunmuş konsert proqramı saat 21.00-da “Saat qülləsi”nin yanında başlayacaq və müğənnilərin iştirakı ilə davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30