19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı Atıcılıq Mərkəzi möhtəşəmliyi ilə seçilir”

Birinci Avropa Oyunlarının bürünc mükafatçısı, slovakiyalı atıcı Yuray Tujinski Azərbaycanın paytaxtında qitə yarışları üçün inşa edilən idman obyektlərinin yüksək səviyyədə olduğunu bildirib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, idmançı medal qazandığı Atıcılıq Mərkəzini nəhəng adlandırıb. Heyranlığını gizlədə bilməyən idmançı deyib: “Buna bənzər mərkəzə heç yerdə rast gəlməmişəm. Məndə güclü təəssürat oyatdı”.

O deyib: “Təşkilatçılığına görə Olimpiya Oyunlarından əsla geri qalmayan beynəlxalq idman tədbirində iştirak etdiyimə görə sevincimin həddi-hüdudu yoxdur. Belə yarışda medal qazanmaq ikiqat zövq verir”.

İndi Y.Tujinski Sloveniyanın Maribore və Azərbaycanın Qəbələ şəhərlərində yeni yarışlara hazırlaşır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30