20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015” ilk Avropa Oyunlarını heç zaman unutmayacağıq”

Rumıniya Olimpiya Komitəsinin beynəlxalq əlaqələr departamentinin direktoru Kristian Butariu “Azərtac”a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunlarının olimpiya standartlarına uyğun keçirildiyini və açılış mərasiminin bütün kateqoriyalı tamaşaçılar üçün çox maraqlı olduğunu bildirib.

K.Butariu Atletlər Kəndində yaşayan rumın idmançılar üçün yüksək səviyyəli şərait yaradılması, o cümlədən istirahət zonasının bütün tələblərə cavab verməsi barədə danışıb. Azərbaycanda idmana olan diqqəti xüsusi qeyd edən direktor yeni idman infrastrukturunun yaradılması üçün ayrılan vəsaitin Azərbaycan idmanının gələcəyinə yatırılan investisiya kimi dəyərləndirib.

Bakının gözəlliyindən bəhs edən K.Butariu şəhərdə olan ab-hava, xaricilərə və idmançılara olan münasibət, Azərbaycanın milli mətbəxi barədə xoş təəssüratlarını bölüşüb. Deyib ki, Bakı modernləşməni və ənənələrin vəhdətini özündə birləşdirir.

Kristian Butariu “Bakı-2015” Avropa Oyunlarının zəngin təcrübə olaraq rumın idmançılarının və şəxsən onun yadında hər zaman qalacağını vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30