29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

“7 dney”: “2015-ci ilin Avropa Oyunları bir çox göstəricilərə görə tarixə düşəcək”

Belarus Teleqraf Agentliyinin (BELTA) təsisçisi olduğu populyar "7 dney" qəzeti "Bakı-2015" Oyunlarına həsr olunan "Oyunlar davam edəcək" sərlövhəli geniş məqalə dərc edib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalənin müəllifi Vyaçeslav Dutov yazır ki, Avropa idmanının zəngin tarixinə ən parlaq səhifə yazılmayıb. Bu, misli görünməmiş oyunlar idi, deməli, idmançıların, o cümlədən Belarus idmançılarının bir neçə nəsli bu səhifəni dönə-dönə oxuyacaq, ondan "sitat gətirəcəklər". Məqalədə daha sonra deyilir: Aydın məsələdir ki, söhbət "Ah, idman! Sən sevincsən!" postulatını bir daha təsdiqləyərək bizə həyəcanlı, yaddaqalan hadisələr bəxş edən birinci Avropa Oyunlarından gedir.

Məqalədə Vyaçeslav Dutov oxucu auditoriyasına xatırladır ki, Oyunlarda 50 ölkədən 6 min idmançı iştirak edib. Onlar idmanın 20 növündə 253 dəst mükafat uğrunda mübarizə aparıblar. Belarus milli yığması 43 medal (10 qızıl, 11 gümüş və 22 bürünc) qazanaraq on ən güclü yığma komandalar sırasına daxil olub və nəticədə 7-ci yeri tutub.

Məqalədə əsasən Belarus gimnastlarının, samboçularının və boksçularının uğurlarından bəhs olunur.

Belaruslu jurnalist öz məqaləsini belə bir fikirlə başa çatdırır: "Birinci Oyunlar isə həmişə birinci olaraq qalacaq, çünki yeni bir salnamənin başlanğıcı olub. 2015-ci ilin Avropa Oyunları bir çox göstəricilərə görə yüksək təşkilatçılıq, xeyirxahlıq və yeni, genişmiqyaslı Avropa yarışlarının bayraqdarı olmuş müxtəlif ölkələrin idmançılarının birliyinin nümunəsi kimi tarixə düşəcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31