23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”in yüksək təşkilatçılıq səviyyəsi beynəlxalq idman qurumlarının rəhbərlərini heyran edib”

“Birinci Avropa Oyunlarının yüksək təşkilatçılıq səviyyəsi bütün beynəlxalq idman qurumlarının rəhbərlərini heyran etdi. Möhtəşəm açılış və bağlanış mərasimləri, yarışların təşkili Oyunlar zamanı ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsi, Zəif Görən Atletlərin Beynəlxalq İdman Federasiyasının (İBSA) və digər ali qurumların diqqətindən yayınmayıb”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

Bildirib ki, ölkəmizdə yaradılan mükəmməl idman infrastrukturu, irimiqyaslı tədbirlərin keçirilməsi təcrübəsi və yüksək qonaqpərvərlik qonaqların diqqətini cəlb edib. Onlar müxtəlif irimiqyaslı yarışların ölkəmizdə təşkil olunması təklifini irəli sürüblər. Onların arasında paralimpiyaçılar arasında üzgüçülük və atletika üzrə dünya çempionatı, 2017-ci ildə Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası, 2019-cu ildə IBSA Dünya Oyunları və digər irimiqyaslı tədbirlər var. Hazırda bu tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılır. IBSA Dünya Oyunları digər yarışlar kimi möhtəşəm açılış və bağlanış mərasimlərindən ibarət olur və yarışda 2 mindən artıq paralimpiyaçı birincilik uğrunda mübarizə aparır.

İlqar Rəhimov deyib: "Paralimpiya cüdosunun birinci Avropa Oyunlarının proqramına salınması bizi çox sevindirdi. Xoş tarixə çevrilən birinci Avropa Oyunlarında cüdoçularımız uğurlu çıxışları ilə yadda qaldılar. Qarşıda ölkəmizdə növbəti irimiqyaslı yarış - IV İslam Həmrəylik Oyunları keçiriləcək. 2017-ci ildə təşkil olunacaq Oyunlarda paralimpiyaçıların cüdo və atletika yarışlarında mübarizə aparmaları nəzərdə tutulub. Hazırda bu istiqamətdə müzakirələr aparılır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30