19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Litvalı basketbolçu: “Bakının gözəlliyinə heyran oldum”

“Birinci Avropa Oyunları olduqca yüksək səviyyədə təşkil edilmişdi. İstər idman arenalarında, istərsə də Atletlər Kəndində biz idmançılar üçün hər cür şərait yaradılmışdı”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri qadınlar arasında 3x3 basketbol yarışlarında iştirak etmiş Litva milli komandasının üzvü Korneliya Balkinayte deyib.

Azərbaycanın basketbol millisinin güclü komanda olduğunu qeyd edən idmançı bildirib: “Bakının gözəlliyinə, ölkənizin sürətli inkişafına, insanların mehribanlığına və qonaqpərvərliyinə heyran oldum. Azərbaycana, gözəl Bakıya Oyunlardan sonra yenidən gəlməyi planlaşdırıram. Birinci Avropa Oyunları uğurla təşkil olunmuşdu. Bakı bu mühüm beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi etdi”.

Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradıldığını xüsusi vurğulayan idmançı deyib: “Atletlər Kəndi mənim daha çox xoşuma gəldi. Burada atletlər üçün zəruri olan idman, oyun zalları, əyləncə və istirahət mərkəzi, hovuz və s. fəaliyyət göstərirdi. Yeməkxanada Avropanın və Azərbaycanın mətbəxinin ləziz nümunələri təklif edilirdi. Bir sözlə demək istəyirəm ki, “Bakı-2015” birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycanda gördüklərimə heyran qaldım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30