25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Corriera dello Sport”: “Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır”

İtaliyanın “Corriera dello Sport” qəzetində Azərbycanın 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilməsi ilə bağlı məqalə dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Paris, Boston, Pudapeşt, Hamburq, Roma ilə yanaşı Bakının da Yay Olimpiya Oyunlarına namizədlik edə bilməsinin vurğulandığı yazıda Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirləri yer alıb: “2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək əsas hədəflərimizdən biridir. Azərbaycan müstəqil dövlət olaraq ilk dəfə 1996-cı ildə Atlantada keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak edib. Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar getdikcə daha yüksək nəticələr göstərərək medallarının sayını artırırlar. Artıq idmançılarımız növbəti Olmpiya Oyunlarına da məsuliyyətlə hazırlaşırlar. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan böyük təcrübə əldə etdi. Olimpiya Oyunlarına bərabər səviyyədə bir tədbir keçirərək növbəti Avropa Oyunları üçün yüksək standartlar yaratdıq. Bu Oyunlar üçün tikilmiş yeni idman obyektləri növbəti mötəbər idman tədbirləri üçün də istifadə olunacaq. Bu tədbirlər sırasında Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları, 42-ci Şahmat Olimpiadası və IV İslam Həmrəyliyi Oyunları və başqaları durur. Gənclər və idman sahələrinin inkişafı Azərbaycan hökumətinin əsas prioritetlərindəndir”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı idmanın da tərəqqisinə müsbət təsir göstərir. Bakıda yaradılmış geniş idman infrastrukturu bu şəhərin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına güclü namizəd olduğunu göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30