16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Prezident İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”

“Bakı-2015  I Avropa Oyunları Azərbaycan və Avropa üçün tarixi hadisədir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, indiyə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq yarış keçirilməyib, Avropada isə heç vaxt qitə oyunları təşkil olunmayıb. O, Avropa Oyunlarının Azərbaycanda baş tutmasına görə Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və oyunların keçirilməsində iştirak edən hər kəsə dərin minnətdarlığını bildirib: “Bu oyunlara bütün ictimaiyyət fəal dəstək verdi və bunun sayəsində Avropa Oyunları yüksək səviyyədə keçdi. Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirirəm. Könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar”.

Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı yaradılmış Təşkilat Komitəsinin fəaliyyətinə toxunan prezidentin sözlərinə görə, hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görülüb: “Buna görə də oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Ümumiyyətlə, bunlar ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

İdmançıların uğurlarından danışan dövlət başçısı bu oyunların bir daha Azərbaycanın potensialını göstərdiyini bəyan edib: “Birinci Avropa Oyunları cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdı və bu oyunlar bir daha xalqımızın birliyinin nümayişinə çevrildi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30