19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib

Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başa çatıb. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bağlanış mərasimi bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda başlayıb. Səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər -  Bakı, “Alov qüllələri” görünüb. Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, “Bakı 2015”: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.

Şounun “Transformasiya” adlanan hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnib. Sonra idmançıların paradı ilə bağlı hissə başlayıb, 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atletləri səhnəyə çıxıb. Daha sonra Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyib. Bağlanış mərasimində gəncliyin enerjisinin nümayişi ilə bağlı 500 nəfərdən artıq ifaçı arasında hop-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar səhnəyə çıxıb. Növbəti mərhələdə 17 gün davam edən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş etdirilib. Səhnədə dörd qülləsindən də alov ucalan Atəşgah məbədinin maketi qurulub, Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirib” və Lamiyə Kərimova ifası ilə onu yanına çağırıb. Qum rəssamı sehrli Simurq quşu əfsanəsindən olan obrazları çəkib və onlar sanki möcüzəli şəkildə səhnədə canlanıb. “Alovun söndürülməsi” hissəsində Avropa Oyunları alovunun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsi olub. Kasanın alovu yavaş-yavaş sönüb və möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzəyib.

Elektronika rəqs musiqisi prodüseri və dj Qarnet Emeri də səhnəyə çıxıb, “Brit” mükafatı nominasiyasına layiq görülmüş “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” siqnallarını və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin şöhrətli simalarından Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again” siqnallarını ifa ediblər.

Sonda möhtəşəm atəşfəşanlıq olub, bununla da, I Avropa Oyunları başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30