20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Neriman Özsoy: “Qazandığım medalı evimin ən gözəl yerində saxlayacağam”

“Bu gün bizim üçün möhtəşəm bir gün oldu. Birinci olduq və qızıl medal qazandıq. Bu qədər asan olacağına inanmırdıq. Finalı daha çətin təsəvvür edirdik. 3-0 hesabla oyunun qalibi olmaq üzümüzü güldürdü. Bütün komanda yoldaşlarımı təbrik edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində Türkiyə qadın idmançılardan ibarət voleybol yığmasının oyunçusu Neriman Özsoy söyləyib.

O, deyib: “Azərbaycanın yarışlara belə yüksək səviyyədə təşkilatçılığı bizi çox sevindirir. Hər şey çox gözəldi. Burada olmaqdan qürur duyuruq. Belə bir qalibiyyətlə tarixə düşmək hər bir idmançının arzusudur”.

Polşa komandası ilə final oyunundan danışan N.Özsoy bildirib ki, ikinci setdə ayağı zədə alsa da, oyundan çıxmaq istəməyib. Komanda yoldaşlarının dəstəyi və qələbə arzusu ağrını unutdurub.

Qazandığı medalı evinin ən gözəl yerində saxlayacağını söyləyən Türkiyə qadın idmançılardan ibarət voleybol yığmasının oyunçusu deyib ki, onların çox yaxşı komandaları var. Məhz buna görə də gələcək uğurlarımızın sayı getdikcə daha da çoxalacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30