20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Cüdoçularımızın fiaskosu davam edir

Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarında bu gün daha 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Futbolxeber.az-ın məlumatına görə, tatamiyə çıxan 5 cüdoçumuzun heç biri 1/4 finala adlaya bilməyib.

90 kq-da Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşündə portuqaliyalı Çelio Diası məğlub edən cüdoçumuz, 1/8 finalda macar Kriştian Tota uduzub.

100 kq-da 2 idmançımzı təmsil olunub. Elxan Məmmədov 1/16 finalda xorvat Zlatko Kumriçdən üstün olsa da, növbəti mərhələdə ipponla Lukas Krpalekə məğlub olub.

Əsas medal ümidlərimizdən olan bayraqdarımız Elmar Qasımov isə 1/8 finalda portuqaliyalı Jorje Fonsekaya ipponla boyun əyib.

+100 kq-da yarışan Uşanqi Kokauri də komanda yoldaşları kimi yalnız 1/16 finalda qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Levani Matiaşvili ilə bacarmayıb.

Qadınlar arasında 78 kq-da yarışan Günel Həsənli 1/16 finalda italiyalı Assunta Qaleoneyə uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30