24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Rusiya Olimpiya Komitəsinin prezidenti: “Birinci Avropa Oyunları çox yaxşı təşkil olunub”

“Birinci Avropa Oyunları çox yaxşı təşkil olunub. Bu yarışlarda qitənin ən güclü idmançıları mübarizə aparırlar. Yarışların və rəqabətin səviyyəsi çox yüksəkdir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu fikirləri iyunun 26-da Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015” Azarkeşlər Evində keçirilən mətbuat konfransında deyib.

A.Jukov Rusiya idmançılarının uğurlarından məmnunluğunu vurğulayaraq deyib: “Gənc idmançılar parlaq çıxış etdilər. Onlar gələcəkdə böyük yaşlıların yerlərini tutacaqlar. Ola bilər ki, Braziliya Olimpiadasında çıxış edəcəklər”.

Aleksandr Jukov əlavə edib ki, Rusiyada idmançıların birinci Avropa Oyunlarında uğurla çıxış edəcəklərinə əmin idilər: “Biz Bakıya ən güclü atletlərimizi göndərdik. Deyə bilərəm ki, idmançılar gözləniləndən də yüksək səviyyədə çıxış edirlər”.

Jurnalistlərin bir neçə erməni KİV-in Rusiya idmançıları ilə görüş zamanı hakimlərin qərəzli olması iddiasına dair suallarını cavablandıran Rusiya Olimpiya Komitəsinin prezidenti vurğulayıb: “Oyunlar lazımi səviyyədə idarə olunur. Burada müxtəlif ölkələrin hakimləri təmsil olunurlar. Hər halda Rusiya tərəfinin iddiası yoxdur”.

Rusiyanın gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edə biləcəyini vurğulayan Aleksandr Jukov qeyd edib ki, ölkəsinin komandası bu ərəfədə 7 qızıl, 1 gümüş və 7 bürünc olmaqla 15 medal da əldə edib. Beləliklə, Rusiya komandası 123 medal, o cümlədən 59 qızıl, 32 gümüş və 32 bürünc medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30