25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Bakı-2015”: Qılıncoynatma yığmamız 5-ci oldu

Bu gün Bakı-2015 I Avropa Oyunlarının qılıncoynatma yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, yarışın son günündə  komanda yarışları keçirilir.

Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edir. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayıb. Kişilər Rusiya millisi ilə üz-üzə gəlib. Yığmamız 26:45 hesabı ilə uduzaraq, mükafatlar uğrunda mübarizəni dayandırıb.

Daha çox ümidlər bəslənən qadın yığmamız Ukrayna ilə görüşüb. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və sevinc Bünyatova bacılarının, həmçinin təcrübəli Səbina Mikinanın yer aldığı yığmamız komanda yarışında iddialı olsa da, ilk qarşılaşmada uduzub.

Fərdi yarışlarda sablyada çıxış edən idmançılarımız komandada şpaqa ilə bacarıqlarını nümayiş etdirərək, Ukrayna ilə üz-üzə gəlib. Məşhur Olqa Xarlanın yer aldığı güclü rəqib 45:24 hesabı ilə qalib gəlib.

Hər iki komandamız 1/4 finalda uduzduğu üçün 5-ci yer uğrunda mübarizə aparıb. Kişilər Macarıstana uduzaraq, sonuncu - 6-cı pilləni tutub. Qadınlar isə Polşa üzərində qələbə qazanaraq, yarışı 5-ci yerdə bitirib (apasport.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30