25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Saymon Kleq: “Bağlanış mərasimində hamı xoş təəssüratlar yaşayacaq”

“Artıq iki günümüz qalıb. 217 qızıl medal sahiblərini tapıb”. Futbolxeber.az-ın məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki yarışlar və bilet satışları ilə bağlı məlumat verib: “Dünən 9 məkanda 23 min 370 tamaşaçımız olub. Orta hesabla bu, 78 faizə bərabərdi. Könüllülər olduğu kimi, inanılmaz yüksək performans göstərirlər. 99 faiz idmançılar məkanlarına vaxtında çatırlar. 27 dəst medal bu gün təqdim ediləcək. Azərbaycan dünən bir neçə qızıl medal qazandı ki, bu da tamaşaçıların böyük sevincinə səbəb olub”.

Kleq bildirib ki, bu gün BMX velosiped yarışları küləyə görə keçirilməyəcək: “Final sabaha nəzərdə tutulub. Bağlanış mərasimi üçün hazırlıq işləri yüksək səviyyədə davam edir. Sabah 5 idman növündə finallar olacaq. Bağlanış mərasimi iştirak edəcək hər bir şəxsin xoşuna gələcək təntənəli mərasim olacaq. Hamı xoş təəssüratlar yaşayacaq. İyunun 29-da 2000-dən çox insan ölkəni tərk edəcək. Olimpiya Oyunlarından fərqli olaraq, burda bəzi heyətlər eyni vaxtda Azərbaycandan gedəcəklər. Ümid edirəm ki, bu Oyunlar hər bir ölkə rəsmisinin xatirəsində xoş günlər kimi qalacaq”.

Baş direktor bildirib ki, ölkə prezidenti İlham Əliyevin və bütün qurumların dəstəyini hiss ediblər: “Hazırda missiya rəhbərlərinin görüşündən gəlirəm. Onlar da hər şeydən razıdılar. Bu insanların dəstəyi Oyunların daha yüksək səviyyədə keçirilməsinə töhfə oldu”.

Onun sözlərinə görə, mətbuat konfranslarında bəzi suallar verilməyib, bəziləri isə onu çətin vəziyyətə salıb: “Bu da mənə bəzən sərf etdi. Hətta bəzən suallarınızla məni çətin vəziyyətə saldınız. Amma mətbuatla ünsiyyətdən çox məmnunam”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30