19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Könül Nurullayeva: “Medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik”

“Əldə etdiyimiz uğur təkcə mənim yox, dövlətimizin, idmançılarımızın uğurudu. Ümid edirəm ki, medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bakı-2015 Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

Eyni zamanda, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri bu gün keçirilən mətbuat konfransında qazanılan medalların sayından məmnun qaldığını deyib: “Nümayəndə heyətinin rəhbərinin medalları hesablamaqla yanaşı, başqa işləri də var. Biz nümayəndə heyətinin qayğısına qalmalıyıq. Biz çox yüksək nəticə gözləyirdik və bu nəticə də hamımızı sevindirir”.

Nurullayeva bildirib ki, nümayəndə heyəti tam tərkibdə Atletlər Kəndindədi: “Bir neçə Olimpiadada iştirak etmişəm. Müəyyən təcrübəm var. Olimpiya standartlarından heç də geri qalmır. Hətta bəzi məqamlarda üstələyir”.

O, MOK-un hadisələrdən kənarda qalması ilə bağlı sualı belə cavablandırıb: “MOK gündəlik olaraq, mətbuat konfransı təşkil edir, qalib gələn idmançılarla görüş təşkil edir. Mətbuat da bunu geniş işıqlandırır. Yəni, MOK bu məsələlərdən kənarda deyil”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30