18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”: “Olimpiya stadionu bağlanış mərasiminə tam hazırdı”

“Cüdo üzrə yarışlara start verilib. 14 məkanda yarışlarda böyük sayda tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz edir”. Futbolxeber.az-ın məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün keçirilən mətbuat konfransında iştirak edən baş direktor dünənin yekunları ilə bağlı məlumat verib: “Könüllülər dünən də çox səy göstərdilər. Oyunların uğurlu keçməsində əziyyətlərini əsirgəmirlər. Hava proqnozuna görə, dünən  BMX velosiped yarışlarının vaxtında dəyişiklik etmişik. Bu dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb. Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdı. Keçid prosesi başa çatıb. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailliyyətidi. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldı. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30