20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”: Azərbaycanlı qılıncoynadanlar gümüş və bürünc medal qazandılar

İyunun 25-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, yarışların üçüncü günündə kişilər rapira, qadınlar isə sablya növündə mübarizə aparıblar.

Kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmayıb. Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizə aparıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova "A", Fatimə İbrahimova "D", Səbina Mikina "E", Sevil Bünyadova "F" qrupunda qüvvələrini sınayıblar.

Dörd qılıncoynadanımız qrup mərhələsindən növbəti mərhələyə yüksəlsə də, yalnız Sevinc və Sevil Bünyadova bacıları uğurlu nəticə göstəriblər. Belə ki, finaladək maneəsiz irəliləyən Sevil Bünyadova qızıl medal uğrunda görüşdə polşalı Anjelika Vatora məğlub olub və birinci Avropa Oyunlarını ikinci pillədə başa vurub.

Sevinc Bünyadova və fransalı Marqauks Rifkis isə "Bakı-2015"in bürünc medalına sahib olublar.

Kişilərin yarışında isə italiyalı Alessio Fakoni fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Timur Arslanov gümüş, franslı Jan-Paul Toni Helissey və italiyalı Fransesko İnqarqiola bürünc medal qazanıblar.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30