29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cudoçumuz gümüş medal qazandı

Bu gün Bakı-2015 Avropa Oyunlarınada cüdo yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk gündə 8 idmançımız medal uğrunda mübarizə aparır.

Kişilər

60 kq

Bu çəki dərəcəsində 2 idmançımız mübarizə aparıb. Həm Orxan Səfərov, həm də İlqar Müşkiyev ilk mərhələdən azad olub. 1/8 finalda Səfərov Belarus idmançısı Arif Bağırovu məğlub edib. İlqar Müşkiyev isə 1/8 finalda ispan rəqibinə uduzub.

Orxan Səfərov 1/4 finalda isveçrəli, yarımfinalda isə ispan cüdoçunu məğlub edərək, finala adlayıb. Həlledici qarşılaşmada Rusiya idmançısı Beslan Mudranov Orxanı dayandırıb. Beləcə Səfərov “Bakı-2015”i gümüş medalla başa vurub.

66 kq

Bu çəkidə də 2 təmsilçimiz tatamiyə çıxıb. 1/16 finalda Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalı məğlub edib. Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevlə mübarizədən məğlub ayrılıb.

Şıxəlizadə 1/8 finalda italiyalı Elio Verdeni məğlub edib. 1/4 finalda isə Şıxəlizadə məğlubiyyət acısı yaşayıb. Portuqaliya idmançısı Sergiu Oleinic cüdoçumuzun yarımfinala adlamasına imkan verməyib.

Təslliverici görüşlərə qatılmaq imkanı qazanan Şıxəlizadə ilk görüşündə ukraynalı rəqibini məğlub edib. Bürünc medala sahib çıxmaq üçün cüdoçumuz son görüşündə rusiyalı Mixail Pulyayevi məğlub etməli idi. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilməyib və yekun nəticədə beşinci olub.

Qadınlar

48 kq

Qadınlar arasında ən aşağı çəki dərəcəsində mübarizə aparan hər iki idmançımız mübarizəyə ilk mərhələdən başlayıb. Leyla Əliyeva Sloveniya təmsilçisi Kristina Vrsiçi məğlub etsə də, 1/8 finalda belçikalı cüdoçuya uduzub.

Aişə Qurbanlının ilk rəqibi isə rusiyalı Kristina Rumyantseva olub. Komanda yoldaşı kimi Qurbanlı da ilk görüşündə qələbə qazanmasına baxmayaraq, 1/8 finalda məğlubiyyət acısı yaşayıb.

52 kq

Bu çəkidə yalnız 1 idmançı ilə təmsil olunmuşuq. Mübarizəyə 1/16 finalda start verən Səkinə Zayirova elə startdaca məğklub olub.

57 kq

Komanda yoldaşı kimi Kifayət Qasımova da mübarizəyə 1/16 finaldan başlayıb və startdaca məğlub olaraq, mübarizəni dayandırıb. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31