19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Teymur Məmmədov: “Qızıl medala layiq olduğumu sübut edəcəyəm”

Birinci Avropa Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Teymur Məmmədov yarımfinal görüşündə rusiyalı Pavel Silyaqin üzərində möhtəşəm qələbə qazanaraq ilk finalçı olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, təmsilçimiz qələbə sevincinin təəssüratlarını yerli media nümayəndələri ilə bölüşüb: “Mənim üçün döyüş bir az ağır keçdi. Rəqibimdən təcrübəli və güclü olduğum üçün qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur”.

Millimizin boksçusu qeyd edib ki, finalda qarşılaşacağı italiyalı rəqibi Valentino Manfredonia ilə bu vaxta qədər döyüşməyib: “Mən bundan əvvəl də demişəm ki, qızıl medala layiq olduğumu sübut edəcəyəm. Rusiyanın Tomsk şəhərində yaşayan əmimə söz vermişəm ki, finala çıxsam, ona salam göndərəcəm. Əmimi çox istəyirəm. O ki qaldı finala, rəqibimi tanımıram. Onunla əvvəllər döyüşməmişəm. Ancaq döyüş taktikasını izləmişəm. İnşallah, yaxşı olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30