26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Odina Bayramova: “Bu dəfə türklərə qalib gəlməliyik”

“Mən yarışın təsiri altındayam, bu oyunda qələbəmizə görə çox sevinirəm. Biz Hollandiya komandasına 3:0 hesabı ilə qalib gəldik və bu mərhələdə qarşıya qoyduğumuz məqsədə nail olduq - yarımfinala çıxdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın qadın voleybol yığmasının üzvü Odina Bayramova “Azərtac”a verdiyi müsahibədə söyləyib.

Hollandiya komandası üzərində qələbədən sonra təəssüratlarını bölüşən Odina Bayramova deyib: “İkinci partiyada oyun gərgin oldu, amma komandamıza inanıram. Yığmamız çox güclüdür. Bizi maraqlandıran yalnız qələbədir. Komandamız qızıl medala layiqdir. Bizim vəzifəmiz finala çıxmaq və birinci olmaqdır”.

Voleybolçu Odina Bayramova sözünə əlavə edərək bildirib ki, iyunun 25-də Türkiyə ilə oyun olacaq. Bununla əlaqədar idmançı deyib: “Bu, rəqibə qalib gəlmək üçün əla imkandır. Keçən dəfə biz səhvlərə yol verdik, ona görə də türklər qələbə qazandılar. İndi isə biz qalib gəlməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30