20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”: 11 boksçumuz yarımfinalda

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci yarısında daha 3 boksçumuz adını yarımfinala yazdırıb.

64 kq çəki dərəcəsndə ölkəmizi təmsil edən Lorenzo Sotomayor 1/4 finalda rumınyalı Daniel Nikuleskuya qalib gəlib - 3:0 (29:28; 29:28; 30:27). Yarımfinalda Sotomayor bu mərhələdə Viktor Petrovu (Ukrayna) sınağa çəkəcək. Qarşılaşma iyunun 25-də saat 14:15 start götürəcək.

69 kq-da Pərviz Bağırov lmaniyalı Abass Baraunu 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə üstələyib. Boksçumuz finala gedən yolda böyük britaniyalı Coş Kelli ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 13:45-də başlayacaq.

91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev 1/4 finalda fransız Pol Bionqolo Ombanı mübarizədən kənarlaşdırıb. Hər 3 raundda (30:27; 30:27; 30:27) rəqibindən üstün olan təmsilçimiz yarımfinalda rusiyalı Sadam Maqomedovla döyüşəcək. Görüş iyunun 26-da 14:30-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30