17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Boksçumuz: “Qarşıma qoyulan minimum tapşırığı yerinə yetirdim”

“Döyüşüm cəldlik üzərində qurulmuşdu. Oyunda hiyləgər fəndlərdən də istifadə etmək lazım idi. Qələbə qazanmaq üçün hər ikisindən istifadə etdim”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına boks üzrə yığmamızın üzvü Anna Əlimərdanova deyib.

54 kq çəki dərəcəsində mübarizə aparan Əlimərdanova ¼ finalda bolqarıstanlı Stanimira Petrovaya qalib gələrək, yarımfinala yüksəlib.

Ən azı bürünc medalı özünə təmin edən boksçumuz minimum tapşırığı yerinə yetirdiyini bildirib: “Rəqibim Bolqarıstan təmsilçisi, dünya və Avropa çempionu Stanimira Petrova idi. İlk növbədə ona görə sevindim ki, hər hansı bir əyarlı olsa da, artıq medal qazanmışam. Çünki qarşıma qoyulan minimum tapşırığı yerinə yetirdim. Hər bir döyüşə özünəməxsus yanaşıram”.

İdmançımız yarımfinaldakı rəqibindən revanşı almaq arzusunda olduğunu da gizlətməyib: “Yarımfinaldakı rəqibim rusiyalı Yelena Savelyeva ilə əvvəllər qarşılaşmışdım. Bərabər oyun getsə belə, münsiflər heyəti qələbəni ona vermişdi. Amma yalnız qələbəyə köklənmişəm. Ümidvaram ki Allahın köməkliyi ilə döyüş mənim xeyrimə bitəcək”.

Əlimərdanova 60 kq çəki dərəcəsində mübarizə aparan bacısı Yana Alekseyevna barədə də fikirlərini bölüşüb: “Mənim kumirim bacımdı. O da bu Avropa Oyunlarında artıq yarımfinala vəsiqə qazanıb. Atam, eyni zamanda məşqçim və bacımdan çox şey öyrənirəm. Bacım mənim çox fəndlərdə ən yaxın köməkçimdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30