29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Teymur Məmmədov: “Bakı-2015”də qızıl medala iddialıyam”

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan boksçuları qələbə uğrunda mübarizəni davam etdirirlər. Futbolxeber.az-ın məlumatına görə, təmsilçilərimizdən növbəti uğuru Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov qazanıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu bu dəfə 1/4 final mərhələsində hollandiyalı rəqibi Peter Müllenberqdən güclü olub.

“Mənim rəqibim çox güclü idi. 2013-cü ildə bu boksçu Minskdə Avropa çempionatında gümüş medal qazanıb. Onu qabaqcadan tanıyırdım. Mübarizə çox ağır keçdi. Allaha şükür ki, hər 3 raundda təmiz qələbə qazandım. Ən azı bürünc medalı özümə təmin etdim”, - deyən T.Məmmədov bununla da kifayətlənməyib, yarımfinalda var gücü ilə döyüşəcəyini və finalda mübarizə aparacağını qeyd edib.

Növbəti rəqibinə gəldikdə isə Azərbaycan boksçusu bildirib ki, bu, Rusiya təmsilçisi Pavel Silyaqin olacaq. O deyib: “Mən Paveli yarışlarda görmüşəm. Onun taktikasını bilirəm. Qabaqcadan heç nə deyə bilmərəm, ancaq mən qızıl medala iddialıyam və bunun üçün mübarizə aparacam”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31