Digər idman növləri
“Bakı-2015”: “Bu gün 40 minə yaxın tamaşaçı gözləyirik”
“Dünən çox gözəl yarışlar oldu. Olimpiya stadionundakı atletika yarışına 22 mindən çox tamaşaçı gəlmişdi”. Futbolxeber.az-ın məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor son iki günün yekunları ilə bağlı məlumat verib: “Dünən şosse velosipedinə görə şəhərin mərkəzində yollar bağlı idi. Bu da müəyyən çətinliklər yaratdı. Amma İçərişəhərin gözəllikləri bütün dünyaya yayıldı. Su idman növləri başa çatdı. Sambo üçün zal hazırdı. 48 mindən çox tamaşaçı olub. Bu da rekord saydı. Xüsusən də, Kristal Zalında və Su İdman Arenasında çox azarkeş var idi. Bəzi məkanlarda tamaşaçılar üçün imkan yaratmışdıq”.
Kleqin sözlərinə görə, artıq çıxışını bitirən atletlər bu gün vətənlərinə qayıdacaqlar: “Bu gün 304 idmançı Bakını tərk edəcək. Həmçinin, bu günlərdə 1288 nəfər vətəninə yollanacaq. Məşəl qoruyucularının fədakar işini qeyd etmək istəyirəm. Hamı yorulub. Amma məşəl qoruyucuları çox gözəl iş görürlər. Nəqliyyat sistemi işlər normal davam etdirilir. 90 faiz idmançılar vaxtlı-vaxtında öz məkanlarına çatırlar. Bu günə kimi 1100-dən çox idmançı medala sahib olub. Bu gün 40 minə yaxın tamaşaçı marağı gözləyirik. Bəzi yarışlar başa çatacaq. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq. Amma düşünmürük ki, bu yarışlar üçün çətinlik törədəcək. Biz dəfələrlə qeyd etmişik ki, Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları tam yeni yarışdı”.
Saymon Kleq bildirib ki, bəzi yeniliklər var: “Məsələn, basketbolun 3X3 növü yenilikdi. Gimnastikada da bu müşahidə olundu. Gördüklərimə əsasən deyə bilərəm ki, müsbət reaksiyalar var. İnsanlar məmnundular. Bu formatın gələcəkdə istifadə olunub-olunmamasını birlikdə görəcəyik. Xüsusən də, gimnastika müxtəlif formada təbliğ edildi. Bəlkə müəyyən düzəlişlər etmək, təkmilləşdirmək olar”.
Kleqin sözlərinə görə, Avropa Oyunlarına gələcəkdə yeni idman növlərinin daxil edilməsi də mümkündü: “Avropa Olimpiya Komitəsinə belə bir təklif vermək istərdim. Bəlkə də, Avropa Oyunları gələcəkdə daha böyük olacaq və daha çox idman növləri salınacaq”.
Baş direktor qeyd edib ki, bilet satışı ilə bağlı “qara bazar”ın qarşısını almaq üçün monitorinqlər keçirilir: “Biletlər ikinci əldən satılmamalıdı. Biletlərin ikinci əldən satılması yarışların uğurlu olmasından xəbər verir. Lakin biz buna qarşıyıq və çalışırıq ki, qarşısını alaq”.
Kleq bildirib ki, havaların isti keçməsi onların işinə mane olmur: “Bu günlərdə hava isti olur. Mənə verilən məlumata görə, çərşənbə günü 34 dərəcə isti olacaq. Bu da indiki fəsil üçün normaldı. Bəzi ehtiyat planlarım mövcuddu. Biz bu yarışı müqəddəs Ramazan ayı zamanı keçiririk. Bunu da nəzərə almışıq”.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü