20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”: Teylor 4 il sonra qisasını ala bildi

Qadınlar arasında boksun kraliçası irlandiyalı Kati Teylor, dünən keçirilmiş yarışlarda, bolqar Denitsa Yeliseyevanı yüngül çəki dərəcəsində (57-60 kq) 3-0 hesabı ilə məğlub edərək, 4 ildən sonra intiqamını almağı bacarıb. Futbolxeber.az-ın məlumatına görə, o, keçmiş rəqibiinə zərrə qədər də olsa rəhm etməyib. Yeliseyeva, 2011-ci ilin fevral ayında Teyloru Bolqarıstanda baş tutmuş qarşılaşmada məğlub edib.

Bolqar boksçuya aydın xallar qazanaraq qalib olan Teylor, iştahının hər zamankından daha yüksək olduğunu və Dünya, Avropa və Olimpiada Oyunları üzrə əldə etdiyi medalların sayını artırmaq istədiyini bildirib. O həmçinin əlavə edib ki, rəqibini tanıdığı üçün oyunun gərgin keçəcəyini təxmin edib: “İndi həmişəkindən daha ac olduğumu düşünürəm. Mən arxamda böyük irs buraxmaq və böyük çempionluqlar qazanmağa davam etmək istəyirəm. Onunla əvvəllər bir neçə dəfə döyüşdüyüm üçün, bunun gərgin döyüş olacağını bilirdim. Yeliseyeva çox yüksək reytinqli boksçu, böyük döyüşçüdür. Mən döyüş ərzində bəzi anlarda əsəcəyimi bilirdim. Lakin bu çox möhtəşəm çıxış idi. Mən çox məmnunam”.

Teylorun məşqçisi olan Peter, həm də atasıdır. Peter, qızını yarış atına bənzədərək deyib ki, o, davamlı olaraq yeyir, dincəlir, məşq edir, yatir və onun nailiyyətlərinin əsas səbəbi bundadır (baku2015.com).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30