19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Bakı-2015”: Bədii gimnastımız Azərbaycana 35-ci medalı qazandırdı

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakı-2015 Avropa Oyunlarını mükafatla başa vurub. Futbolxeber.az-ın məlumatına görə, təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin Bakı-2015-də 35-ci medalı olub.

Çıxışı 18,200 xalla qiymətləndirilən idmançımız 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

Bu gün Bakı-2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və həlqələr, lent) qüvvəsini sınayıb.

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. Millimizin lideri digər 2 alətlə hərəkətini medalsız bitirib. Belə ki, idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub. Mükafatları rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

Topla hərəkətlərdə isə gimnastımızın çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsini 6-cı yerdə başa vurub. Bu hərəkətdə ilk “üçlüy”ü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30