28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“İdman ictimaiyyəti Azərbaycanın dünya gimnastikasında yeni güc mərkəzinə çevrildiyini bilməlidir”

“Birinci Avropa Oyunlarında gərgin mübarizəmin nəticəsində bir qızıl, iki gümüş və iki bürünc medal qazana bildim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında ümumilikdə beş medal qazanmağa nail olan Azərbaycan təmsilçisi Oleq Stepko “Azərtac”a müsahibəsində bildirib.

Gimnast deyib: "Oyunların məsuliyyəti məni daha ciddi hazırlaşmağa sövq edirdi. Çox həyəcanlıyam, sevincimi sadəcə sizinlə bölüşə bilirəm. Hakimlər idmançıların çıxışlarını çox sərt, lakin ədalətlə qiymətləndirdilər. Amma bununla belə qızıl medal təsadüfi deyil. Dünya kubokunda, indi isə birinci Avropa Oyunlarında qələbəm təsadüfi deyil. Bu, yarışlara səylə hazırlaşmağımın nəticəsidir”.

Atlet Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirak etmək üçün hazırlıqlara başlayacağını vurğulayaraq bildirib: “Orada turu keçmək və Olimpiya Oyunları haqqında düşünmək lazımdır. Hələ irəlidə görüləsi çox iş olsa da, hazırlaşmaq üçün də vaxt var. Ciddi hazırlaşıb uğur qazanmağa çalışacağam. Azərbaycan Gimnastika Federasiyasının mənə göstərdiyi etimadı doğrultduğum üçün çox sevinirəm. Mənə böyük ümidlə baxırdılar və mən bu ümidləri doğrultdum. Ümid edirəm ki, Prezident İlham Əliyev və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mənim çıxışımdan razı qaldılar. Dəstəklərinə və mənə inandıqlarına görə onlara dərin təşəkkürümü bildirirəm. Bütün azarkeşlərə minnətdaram. Azarkeşlərə bildirmək istəyirəm ki, sabah Marina Durundanı da dəstəkləməyə gəlin. Çünki sizin dəstəyimiz bizim üçün çox vacibdir”.

Ölkəmizdə idmanın bu növünün inkişafından bəhs edən Oleq Stepko diqqətə çatdırıb ki, idman ictimaiyyəti Azərbaycanın dünya gimnastikasında yeni güc mərkəzinə çevrildiyini bilməlidir. Çalışacağıq ki, bizimlə hesablaşsınlar və bizdən ehtiyat etsinlər. Artıq buna nail olmuşuq. “Birinci Avropa Oyunları zamanı azarkeşlərin dəstəyi məni çox ruhlandırdı. Bu dəstək oyunun çətin məqamlarında köməyimə gəldi. Bu gün də məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın uğurudur”, - deyə çempion idmançı əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31