20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”: Valeyeva üçqat çempion ola bilmədi

İtaliyanın oxatanı Natalya Valeyeva bu gün səhər Avropa Oyunlarındakı yarışlarda iştirakına son verib. Futbolxeber.az-ın məlumatına görə, onun mübarizəni tərk etməsinə səbəb gürcüstanlı oxatan Yuliya Lobzhenidze olub. Beləliklə də Valeyeva Bakı 2015-də üçüncü qızıl medalını qazana bilməyib.

Qadınlar arasında 3-cü yerdə olan Valeyeva bazar günü səhər keçirilən yarışlarda №30 olan atıcı Yuliya Lobzhenidzeyə 6-2 hesabı ilə uduzub. O, bəzi texniki səhvlərə yol verdiyinə görə, qalib çıxa bilməyib.

45 yaşlı Natalya bundan əvvəl italiyalı Mauro Nespoli ilə birgə qarışıq komanda yarışlarında, həm də Quendalina Sartori və Yelena Tonetta ilə birlikdə qadınlar komandasının tərkibində qızıl medal udmuşdu.

Natalya deyir ki, Bakı 2015-dəki uğurları onun üçün gözlənilməz idi: “Mən nəticələrdən çox məmnunam. Çünki texniki baxımdan yarışa hazır deyildim. Burada medal qazanmağım mənim üçün gözlənilməz oldu. Əslində əsasən Olimpiya Oyunlarına hazırlıq məqsədilə Bakıya gəlmişdim. İndi isə milli komitəmiz üçün medal qazanmağın çox əla oldu”.

Natalya Valeyeva deyib ki, bu yarışma onun üçün çətin olub. Çünki indi o, bütün diqqətini Danimarkada keçiriləcək dünya çempionatına hazırlıq üçün texnikasını inkişaf etdirməyə yönəldib (baku2015.com). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30