20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Amina Zaripova: “İlk Avropa Oyunları idmanda mühüm tarixi hadisədir”

Birinci Avropa Oyunlarında iştirak edən Rusiyanın bədii gimnastika üzrə qadınlardan ibarət yığmasının məşqçisi Amina Zaripova yetirmələrinin çıxışını və yarışların təşkilati tərəfini yüksək dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, məşqçi “Bütün idman” (“Весь спорт”) informasiya agentliyinə açıqlamasında Avropa Oyunlarının yüksək əhəmiyyətini qeyd edərək rusiyalı bədii gimnastların çıxışından məmnunluğunu ifadə edib. O deyib: “Bakıda təşkil olunan birinci Avropa Oyunları idman tarixində mühüm hadisədir və məhz bu məqam da yetirməm Marqarita Mamunun üzərində əlavə məsuliyyət hissi yaratdı. Hesab edirəm ki, o, uğurlu çıxışı sayəsində öz üzərinə düşən vəzifənin öhdəsindən gələrək çoxnövçülükdə 75,650 bal topladı”.

A.Zaripova daha sonra deyib: “Sevinc emosiyaları məni hələ də tərk etməyib. İyunun 21-də müxtəlif hərəkətlər üzrə final yarışları keçiriləcək və orada kvalifikasiya nəticələrinə görə hər ölkədən yalnız bir gimnast iştirak edə biləcək. Marqarita gürzlə çıxış edəcək. Moskvaya isə iyunun 22-də qayıdacağıq”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30