20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Alina Kabayeva: “Mehriban Əliyevanın Azərbaycan idmanın inkişafına necə böyük töhfə verdiyini bilirəm”

“Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir. Dünya səviyyəli hadisədir və mən bu məqamı vurğulamaq istəyirəm. Axı, məlum olduğu kimi, idman xalqları birləşdirir. Bakıda Avropa Oyunları az qala bir ay ərzində dinc xəbərlər mənbəyi olacaq. Məncə, bu, çox gözəl haldır. Belə hadisələr nə qədər çox olsa, Avropa qitəsinin xalqları bir o qədər mehriban olar”. Futbolxeber.az-ın “Azərtac”a istinadəb verdiyi məlumata görə, bu sözləri Rusiyanın “Natsionalnaya Media Qruppa” holdinqinin direktorlar şurasının sədri, Olimpiya çempionu, dünya və Avropa çempionu, Rusiyanın Əməkdar İdman Ustası Alina Kabayeva “Moskva-Baku” portalının müxbiri Yuliya Tkaçovaya müsahibəsində söyləyib.

A.Kabayevanın fikrincə, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz Mehriban Əliyevanın başçılıq etməsi böyük əhəmiyyət daşıyır. O deyib: “Bu o deməkdir ki, idman tədbirinə dövlət miqyasında dəstək göstərilir və Azərbaycan Avropa Oyunları ilə bağlı bütün məsələlərin həllinə böyük məsuliyyətlə yanaşır. Biz Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma mən öz ölkəsində idmanın inkişafına, o cümlədən bədii gimnastikanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm. Bu gözəl və enerjili, yeri gəlmişkən, bizim idman növünə yaraşan qadın 2000-ci illərin əvvəllərində Azərbaycan Gimnastika Federasiyasına başçılıq edib, Onun səyləri ilə bədii gimnastika respublikada elə yüksək səviyyəyə çatıb ki, dünya miqyaslı yarışlardan medallar gətirməyə başlayıb. Əvvəllər Azərbaycanın əsas idman uğurları güləş ilə bağlı idisə, birinci xanımın rəhbərliyi ilə gimnastlar da medallar qazanmağa başlayıblar. Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi dünya səviyyəsinin əldə edilməsinin etirafı olub.

Azərbaycanda bədii gimnastikanın mövqeyinin həmişə möhkəm olduğunu vurğulayan A.Kabayeva deyib: ”Bildiyimə görə, bu gün gimnastika respublikada ən sevimli idman növlərindən biridir”.

Bakıdakı çıxışlarını yada salan A.Kabayeva deyib: “Qələbə qazandığım bütün şəhərlərə mənə xoşbəxtlik gətirən şəhərlər kimi baxıram. Bakı da həmin şəhərlər sırasındadır. 2003-cü ildə Dünya Kubokunun mərhələ yarışlarından biri orada keçirilirdi. Mən, demək olar ki, bütün qızıl medalları qazandım. 2005-ci ildə isə Bakıya dünya çempionatına bir tamaşaçı kimi gəldim. Bakı gözəl və müasir şəhərdir, dinamik inkişaf edən ölkənin paytaxtıdır. Təəccüblü deyil ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi məhz Azərbaycana etibar olunub.

Məşhur gimnast və ictimai xadimin fikrincə, idman insanın xarakterində elə xüsusiyyətləri inkişaf etdirir ki, həmin xüsusiyyətlər həyatda daim onun köməyinə çatır. Bu, ilk növbədə məqsədini görmək və müxtəlif çətinlikləri dəf edərək ona doğru getməkdir. Mənim idman kredom, ümumiyyətlə həyat kredom “Özünə qalib gəl!” şüarıdır. İdman sayəsində başa düşmüşəm ki, ən ciddi düşmən elə özüməm. Ciddi məsələlərin həllində ən böyük maneələr də elə öz içimizdədir. Özünə üstün gəlməyi öyrənsən, deməli, məqsədinə çata bilərsən. Bir də birinci addım atmaqdan qorxmaq lazım deyil. Əgər niyyətin təmizdirsə, insanlar üçün faydalı iş görürsənsə, özünü güclü hiss edirsənsə, onda qorxma, birinci addım at və irəli get. Hər şey alınacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30