20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”: “Bu, onlar üçün çox yaxşı sonluqdur”

Bakı 2015 ilk Avropa Oyunlarında cümə günü baş tutmuş suya tullanma yarışlarında, rusiyalı idmançılar İliya Molçanov və Nikita Nikolayev qızıl medal uğrunda 3 metrlik sinxron tramplinlərdə çıxış ediblər və oyunu qızıl medalla başa vurublar. Futbolxeber.az-ın məlumatına görə, onların məşqçisi qalibiyyətdən razı qalaraq bildirib ki, bu, gənc cütlüyün yaxşı sonluqla nəticələnən vida çıxışı olub.

Suya tullanma idman növü üzrə sözügedən rus idmançılar nümunəvi duetdir. Onlar birilikdə uzun müddət məşqlər ediblər. Lakin, Molçanovun 18, Nikolayevin isə 15 yaşının olması o deməkdir ki, cütlüklər arasındakı mövcud yaş fərqindən dolayı onların yolları ayrılmalıdır. Bu barədə fikrini bildirən məşqçi Marina Nikolayeva əlavə edib ki, cütlüklərdən biri yerini dəyişərsə, bu, heç bir çətinlik yaratmayacaq. Çünki yığma kifayət qədər gücə sahibdir: “Nikita özünə yeni partnyor tapmalıdır. İlya isə yuxarı yaş qrupu komandasında məşqlərini davam etdirməlidir. Onlar yenidən birgə mübarizə aparmayacaqlar, çünki bunun heç bir mənası yoxdur. Bizim çox güclü komandamız var. Onlardan hər hansı birinin yerini dəyişdirmək narahatlıq doğurmur”.

Gənc idmançı Molçanov əldə etdiyi nəticədən razı qalıb. O, deyib ki, cümə axşamı 1 metrlik tramplin üzrə yarışda gümüş medal qazandığı üçün məyus olmuşdu. Çünki yarış vaxtı düzgün icra olunmayan hərəkətlə çıxış etmişdi. Lakin bu dəfə onların ikisi də özlərinə inanaraq son tullanışlarını ediblər və oyunu uğurlu şəkildə başa vurublar.

Rusiyanı təmsil edən bu idmançı oğlanların çıxışı və saç düzümləri qüsursuz olub. Onların saçlarında "rus" sözünün yazılması ideyası isə məşqçi Nikolayevə məxsusdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30