19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”də Azərbaycana 5 medal qazandıran Oleq Stepkonu yaxından tanıyaq

Bu gün Azərbaycan millisi Bakı-2015 Avropa Oyunlarında aktivinə daha 3 medal - 1 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırdı. Hər 3 medalı idman gimnastikasında mübarizə aparan Oleq Stepko qazandı. Buna qədər isə Stepko komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanıb. Bununla da onun “Bakı-2015”də qazandığı medalların sayı 5-ə çatıb.

Futbolxeber.az-ın məlumatına görə, Oleq Stepko 1994-cü ildə Ukraynanın Zaporojye şəhərində anadan olub. İdmanla məşğul olmağa 5 yaşında başlayıb. 2014-cü ilə kimi beynəlxalq arenada Ukraynanı təmsil edib. 2014-cü ilin fevralından isə Azərbaycanın uğurları üçün çalışır.

Stepko Ukraynanın əməkdar məşqçisi Pavl Netrebanın yetirməsidir. Ölkəmizə gələnə kimi o, bir çox yarışlarda uğurla çıxış edib. 2012-ci ildə London olimpiadasının iştirakçısı olub. Eləcə də 2013-cü ildə Moskvada keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb. Həmin il Kazanda keçirilən Universiadada komanda yarışlarında gümüş, gimnastika atı üzərində hərəkət yarışlarında isə bürünc medala sahib çıxıb.

Azərbaycanın idman şərəfini qorumağa başladıqdan sonra da Stepkonun uğurları kifayət qədərdir. O, Azərbaycan çempionudur. Üstəlik, 2014-cü ildə dünya kuboku yarışlarında paralel qollarda hərəkətlər üzrə bürünc medal qazanıb. Bundan başqa, bu il Qətərdə keçirilən dünya Çellenc kubokunda yenə eyni gimnastika növündə birinci yeri tutub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30