18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”: Final yarışlarına əlavə biletlər satışa çıxarılacaq

"Bakı-2015" yeddi idman növü üzrə final mərhələlərinin biletlərinin satıldığını və səkkiz populyar idman növü üçün əlavə biletlərin satışa çıxarıldığını açıqlayıb. Futbolxeber.az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, bu barədə BEGOC-dan verilən məlumatda bildirilir.

Birinci Avropa Oyunlarında dünya miqyaslı yarışların başa çatmasına səkkiz gün qalır və 3x3 basketbol, BMX, boks, suya tullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinin biletləri satılıb.

Avropa Oyunları "idman bayramı" kimi qeyd edilir və iyunun 12-də baş tutmuş unudulmaz açılış mərasimindən sonra avropalı idmançılar dünya səhnəsində parlaq çıxışlar nümayiş etdirir və rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13000 bilet satılıb.

Şübhəsiz, 3x3 basketbol (təsnifat mərhələsi), çimərlik futbolu, suya tullanma (təsnifat mərhələsi), cüdo, sambo, üzgüçülük (təsnifat mərhələsi), voleybol (təsnifat mərhələsi) və su polosu yarışlarının müxtəlif mərhələləri üzrə əlavə biletlərin satışa çıxarılması yerli azarkeşlər üçün sevindirici xəbərdir.

"Bakı-2015"in biletlərinə artan tələbat barədə danışan Gənclər və idman naziri və "Bakı-2015"in Baş icraçı direktoru Azad Rəhimov qeyd edib: “Azərbaycan xalqının Avropa Oyunlarına olan marağı inanılmazdır. İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusi ilə Azərbaycan idmançılarına göstərdiyi dəstək bizi sevindirir".

Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik.

Xoş xəbər ondan ibarətdir ki, hələ də biletlər var. Yarışları canlı izləmək istəyən hər kəs ödənişsiz şəkildə 2015 nömrəsinə zəng edə və "Bakı-2015" Tamaşaçı Məlumat Mərkəzindən məlumat ala bilər.

Hər hansı idman yarışlarına qalan biletləri əldə etmək üçün www.baku2015.com veb-saytına daxil ola və ya Bakı şəhərində və idman arenalarındakı bilet kassalarına yaxınlaşa bilərsiniz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30