24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Boksçumuz: “Qələbə qazanmağımda azarkeşlərin dəstəyi mənə stimul oldu”

“Zalda əyləşən azarkeşlərin dəstəyi məni daha da ruhlandırdı. Bu, rəqib üzərində qələbə qazanmaq üçün böyük stimul oldu. İnamla döyüşdüm və qalib gəldim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bakı-2015 ilk Avropa Oyunlarının səkkizdəbir final mərhələsində qələbə qazanan Azərbaycan boksçusu Tayfur Əliyev deyib.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz rəqibinə şans vermədiyini qeyd edərək deyib: “Rəqib gördü ki, qaşımdan zədə almışam. Ona görə istədi ki, hakimlərə təsir etsin. Belə hallar boksda tez-tez baş verir. Ancaq mən buna imkan vermədim. Rəqiblərimin çoxunu tanıyıram. Ən güclü rəqibim Fransa təmsilçisidir. Ancaq onu da “Böyük İpək Yolu” turnirində məğlub etmişəm".

Tayfur Əliyev yarışda bütün gücü ilə döyüşərək qızıl medal qazanmağa çalışacağını bildirərək qeyd edib: “İstəyirəm ki, qızıl medal qazanım və finalda da azarkeşlər məni belə dəstəkləsinlər. Azərbaycan güclü heyətlə çıxış edir və komandamızın bütün üzvlərindən medal gözləmək olar”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30