19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Çempionumuz: “Qalibiyyətimi valideynlərimə həsr edirəm”

 “Rəqibimdən revanşı götürmək istəyirdim, çünki bundan öncə iki dəfə ona uduzmuşdum”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına Azərbaycanın taekvondo yığmasının lideri Radik İsayev deyib.

Avropa Oyunlarında +80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini etiraf edib: “Finaldakı döyüşüm çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükür Allaha, qalib oldum. Məni dəstəkləyən hamıya, məşqçilərimə təşəkkür edirəm. İndi çox xoşbəxtəm. Bir həftəlik istirahət edəcəm. Anamı və həyat yoldaşımı görmək istəyirəm. Qalibiyyətimi valideynlərimə həsr edirəm”.

Qeyd edək ki, Radik İsayev Avropa Oyunları öncəsi Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatının da qızıl medalını qazanmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30